SOSİUM

Atmosferə həddindən artıq tullantı atan restoranlar məlum oldu - SİYAHI
22 APREL
213

Atmosferə həddindən artıq tullantı atan restoranlar məlum oldu - SİYAHI

2019-04-22 16:48:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ictimai iaşə obyektlərində atmosferə atılan tullantıların qarşısının alınması ilə bağlı növbəti monitorinq keçirib.

Fins.az-ın Trend-ə istinadən verdiyi məlumaıtna görə, bunu jurnalistlərə açıqlamasında nazirliyin aparat rəhbəri Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, bu məqsədlə nazirlik 470 obyektdə monitorinq keçirib və 455 obyektdə təmizləyici qurğu quraşdırıldığı məlum olub: "Aprel ayında isə həmin qurğular quraşdırılan obyektlərdə vəziyyəti öyrənmək üçün Bakı və Sumqayıtda 107 ictimai iaşə obyektində yoxlama keçirilib. Monitorinq zamanı 22 obyektdə təmizləyici qurğular quraşdırılsa da, qurğulara nəzarət olunmadığından atmosferə həddindən artıq tullantıların atılması faktı aşkarlanıb: "Həmin obyektlərə biz icrası məcburi göstərişlər vermişik. Həmin obyektlər "İmperator", "Oazis", "Sonalar Sonası", "Cratos", "Madona,"Meridian, "Su səsi", "Dan Ulduzu", "Hissa", "Şahzadə", "Kremlin Hall", "Qızıl tac", "Elit Eventis Hall", "Xarı bülbül, "Gold Palase", "Piano" və "Kolizey" şadlıq sarayları, "Sandıq", " Qızıl qaya", "İstanbul", "Quzu qabırğası" və "Şəki" restoranlarıdır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır