SOSİUM

Prezident daha bir qrup şəxsin maaşını artırdı
18 APREL
571

Prezident daha bir qrup şəxsin maaşını artırdı

2019-04-18 18:05:00

Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Dəyişikliyə əsasən qanunda 71.2-ci maddə aşağıdakı redaksiyada verilir:

“71.2. Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşına bərabərdir.”;

1.2. aşağıdakı məzmunda 73.10-cu maddə əlavə edilsin:

“73.10. Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.”.

Qanun 2019-cu il aprelin 1-dən qüvvəyə minir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8962
  • ₽ RUB
    0.0263