SOSİUM

Azərbaycan əhalisi son 3 ayda “alış-veriş”-ə nə qədər pul xərcləyib?
17 APREL
190

Azərbaycan əhalisi son 3 ayda “alış-veriş”-ə nə qədər pul xərcləyib?

2019-04-17 10:30:00

2019-cu ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 8,8 milyard manata bərabər olub. Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat daxil olub.

Ticarət dövriyyəsinin 4,47 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,37 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-mart aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,4 faiz və 3,1 faiz artıb.

Hesabat rübündə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2018-ci ilin yanvar-mart aylarınanisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 8 843,1 102,7
o cümlədən:
ərzaq məhsulları 4 019,2  102,5
içkilər və tütün məmulatları   452,9 101,3
toxuculuq məhsulları, geyim və ayaqqabılar 1 563,8 103,0
elektrik malları və mebellər 525,7 102,6
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 65,1 102,9
əczaçılıq və tibbi mallar 110,5 103,5
avtomobil yanacağı 493,2 101,9
digər qeyri-ərzaq məhsulları      1 612,7 103,6

Hesabat rübündə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,5 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 17,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,9 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

2019-cu ilin yanvar-mart aylarında istehlak məhsullarının dəyər ifadəsində 18,7 faizi ticarət müəssisələri, 48,9 faizi fərdi sahibkarlar tərəfindən, 32,4 faizi isə bazar və yarmarkalarda satılmışdır.   2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 30,8 faiz artmış, fərdi sahibkarlar üzrə 1,2 faiz, bazar və yarmarkalarda 3,5 faiz azalmışdır.

Hesabat rübündə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  298,7 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 9,5 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 151,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,6 manatlıq qeyri-ərzaq məhsulları  almışdır.

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264