SOSİUM

Əlil və ya sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlərə pul veriləcək
16 APREL
285

Əlil və ya sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlərə pul veriləcək

2019-04-16 09:39:00

Prezident İlham Əliyev “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, təqaüdün aylıq məbləği 50 manat müəyyən olunub.

Təqaüd 2019-cu il aprelin 1-dək I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir.

Təqaüdü almaq hüququ olan şəxslərdən yalnız birinə ödənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027