SOSİUM

Bərk məişət və plastik tullantıların idarə olunması ilə bağlı növbəti görüş keçirilib
12 APREL
155

Bərk məişət və plastik tullantıların idarə olunması ilə bağlı növbəti görüş keçirilib

2019-04-12 15:03:00

Ekologiya və Təbii Sərvətlər və İqtisadiyyat Nazirliklərinin təşkilatçılığı ilə bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlərlə bağlı növbəti görüş İsmayıllı, Şamaxı, Ağsu, Qəbələ və Oğuz rayonlarının yerli idarəetmə orqanları nümayəndələrinin və sahibkarlarıniştirakı ilə keçirilib.

Görüşdə Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması üzrə 2019–2020-ci illər üçün Tədbirlər Planı”ndan irəli gələn məsələlər, mövcud vəziyyət, problemlər və onların həlli yolları haqqında geniş təqdimat keçirilib. Daha sonra bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində qəbul olunmuş strateji sənədlər və fəaliyyət istiqamətləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9068
  • ₽ RUB
    0.0267