SOSİUM

2019-cu ilin ən yaxşı fotosu seçilib
12 APREL
557

2019-cu ilin ən yaxşı fotosu seçilib

2019-04-12 08:58:00

"World Press Photo" təşkilatı Meksika və ABŞ sərhədində ağlayan qızın fotosunu ilin ən yaxşı fotosu seçib.

Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə beynəlxalq müsabiqənin təşkilatçılarının Amsterdamda keçirilən təntənəli mərasiminin sonunda yayılmış press-relizdə bildirilir.

Fotoqraf Con Mur tərəfindən çəkilmiş şəkildə ABŞ-ın sərhəd xidmətinin əməkdaşının Hondurasdan olan qadın Sandra Sançesin üzərində axtarış apararkən onun azyaşlı qızının ağlaması təsvir edilib. Sançesin sözlərinə görə, o, Mərkəzi Amerika və Meksika ərazisini keçərək ABŞ-a çatmaq, sığınacaq almaq üçün bir ay vaxtitirib.

Tədbirin gedişində həmçinin müxtəlif nominasiyalar üzrə qaliblərin adları açıqlanıb, onlara mükafatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269