SOSİUM

Mərkəzi Seçki Komissiyası yeni İşçi qrupu yaratdı
09 APREL
146

Mərkəzi Seçki Komissiyası yeni İşçi qrupu yaratdı

2019-04-09 17:27:00

Mərkəzi Seçki Komissiyası (MSK) yeni İşçi qrupu yaradıb.

Fins.az-ın məlumatına görə, bununla bağlı qərar MSK-nın bu gün keçirilən iclasında verilib.

İşçi qrupu Respublikaçı Alternativ təşəbbüs qrupunun (ReAL) bir neçə qanun layihəsi ilə bağlı Milli Məclisə təqdim etdiyi 41 500 imzanı yoxlayacaq.

MSK-nın katibi Arifə Muxtarova bildirib ki, İşçi qrupu imzaların düzgünlüyünü və seçki yaşına çatmış Azərbaycan vətəndaşlarına aid olub-olmadığını yoxlayacaq.

İşçi qrupunun tərkibində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri və Daxili İşlər Nazirliyinin mütəxəssisləri yer alacaq. MSK üzvü Etibar Əliyev İşçi qrupunun əlaqələndiricisi təyin olunub.

Proses yekunlaşdıqdan sonra İşçi qrupunun rəyləri və protokolu Milli Məclisə göndəriləcək.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266