SOSİUM

Azərbaycan İrana humanitar yardım göndərəcək
09 APREL
107

Azərbaycan İrana humanitar yardım göndərəcək

2019-04-09 16:57:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycan Hökuməti adından İran İslam Respublikasında aramsız yağan yağışlar nəticəsində baş vermiş təbii fələkətlə əlaqədar bu ölkəyə humanitar yardım yola salacaq. 

Bu barədə  FHN-dən məlumat verilib.

Bildirilib ki, hazırda ümumi dəyəri 950 min manat olan humanitar yardımın yola salınması üçün müvafiq hazırlıq işləri görülür.

Qeyd edək ki, baş vermiş təbii fəlakət insan itkisi və dağıntılara səbəb olub, infrastruktura ciddi ziyan dəyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266