SOSİUM

“Azəriqaz” abonentləri diqqətli olmağa çağırıb
09 APREL
349

“Azəriqaz” abonentləri diqqətli olmağa çağırıb

2019-04-09 15:00:00

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi abonentlərə xəbərdarlıq edib.

“Azəriqaz”dan verilən məlumata görə, son günlər Bakı şəhərinin müxtəlif ünvanlarında, əsasən də Yasamal rayonu ərazisində özünü “Azəriqaz”ın əməkdaşı kimi təqdim edən şəxs və ya şəxslər mənzillərdə quraşdırılmış “Smart-kart” tipli qaz sayğaclarının üzərinə vurulmuş xüsusi nömrəli plombun yenilənməsi, batareyasının dəyişdirilməsi və ya “smart kart”ların “vaxtının keçməsi” kimi məsələləri bildirərək, həmin “problemlər”in aradan qaldırılması üçün vətəndaşlardan müəyyən miqdarda pul tələb edir, eləcə də inandırıcı olması üçün qeyri-qanuni akt tərtib edərək abonentlərə təqdim edirlər.

Birlik bununla bağlı istehlakçıların nəzərinə çatdırır ki, “Azəriqaz” işçiləri mənzillərdə yerləşən qaz sayğaclarına profilaktik baxış və xidmət göstərəcəyi zaman “Azəriqaz”ın əməkdaşı olduğunu təstiq edən xidməti vəsiqə tələb edilməlidir: “Onlar həmçinin öz xidməti vəsiqələrini təqdim etdikdən sonra yerlərdə göstərdikləri bütün xidmətlər ödənişsizdir və tərtib etdikləri xüsusi nömrəli aktlar isə sarı, qırmızı və göy rəngdə olmaqla üç nüsxədən ibarət tərtib olunaraq, qırmızı rəngli akt abonentə təqdim edilir”.

“Azəriqaz” sonda bir daha bildirir ki, sadalanan qeyri qanuni hallarla rastlaşan vətəndaşlar yaşadıqları ərazi üzrə müvafiq polis bölməsinə müraciət etməlidirlər.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027