SOSİUM

Azərbaycanın "Poçtap" xidmətində 1 300-ə yaxın itirilmiş sənəd qeydə alınıb
09 APREL
93

Azərbaycanın "Poçtap" xidmətində 1 300-ə yaxın itirilmiş sənəd qeydə alınıb

2019-04-09 11:38:00

"Azərpoct" MMC-nin "Poçtap" xidmətində 1 272 itirilmiş sənəd qeydə alınıb. Bu barədə  MMC-dən bildirilib.

Qeydiyyata alınan sənədlərin 398-i sahiblərinə çatdırılıb, 842-si isə aidiyyatı qurumlara göndərilib. Tapılan sənədlərin 32-si “Azərpoct”un filial və şöbələrində saxlanılır.

"İtirilmiş sənədlər "Poçtap" sistemində 30 gün saxlanıla bilər və bu dövrdən sonra müvafiq strukturlara göndərilməlidir. Sənədlər haqda məlumatlar xidmət operatoru tərəfindən itirilmiş sənədlərin məlumat bazasına daxil edilir. Sənəd tapılıbsa, sahibi bu barədə məlumatlandırılır və ona sənədi götürmək üçün hansı poçt şöbəsinə yaxınlaşa biləcəyi barədə bilidiş verilir. Xidmət haqqı 1,8 manat təşkil edir", - deyə "Azərpoçt"dan bildirilib.

İtirilmiş sənədin tapılıb-tapılmadığı barədə məlumatı pochtap.az saytının müvafiq bölməsindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266