SOSİUM

2279 vətəndaşa reabilitasiya xidmətləri göstərilib
08 APREL
91

2279 vətəndaşa reabilitasiya xidmətləri göstərilib

2019-04-08 15:37:00

Bu ilin birinci rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində 2279 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa reabilitasiya xidmətləri göstərilib.

Fins.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, onlardan 1829-u stasionar, qalanları isə ambulator şəraitdə bərpa xidmətləri ilə təmin ediliblər. Qeyd olunan insanların sağlamlıqlarının bərpası üçün fizioterapevtik müalicə prosedurları əsasında kompleks bərpa-müalicə işləri aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266