SOSİUM

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxslər cərimələniblər
04 APREL
91

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxslər cərimələniblər

2019-04-04 10:40:00

Bakının Xəzər rayonunda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxslər cərimələniblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  verilən məlumata görə, polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir. 

Belə ki, aprelin 3-də DİN-in Baş İctimai Təhlükəsizlik və Xəzər Rayon Polis İdarələri əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində Mərdəkan və Binə qəsəbələrində 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Həmin satıcı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266