SOSİUM

Ağac tinglərinin paylanılması aksiyası davam edir
03 APREL
215

Ağac tinglərinin paylanılması aksiyası davam edir

2019-04-03 11:38:00

“Bu yaz özün bir təbiət yarat!” devizi altındaEkologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara müxtəlif cinsliağac tinglərinin paylanılması aksiyası davam edir.

Növbəti aksiya 04 aprel 2019-cu il tarixində Bakının Xətai rayonunda Bakı kinoteatrının qarşısında saat 11:00-dan 12:00-dək, Nizami rayonunda Sevinc kinoteatrının qarşısında saat 12:00-dan 13:00-dək, Sabunçu rayonu,  Bakıxanov qəsəbəsindəki yeni istirahət parkının qarşısında saat 13:00-dan 14:00-dək, Xırdalanda şəhər icra nümayəndəliyinin, Sumqayıtda Tağıyev parkının qarşısında, Qubada isə Vaqif küçəsindəki ticarət mərkəzinin arxasında saat 11:00-dan 13:00-dək keçiriləcək.

Aksiyalarda vətəndaşlara müxtəlif cinsli ağac tinglərinin əkilməsi və qulluq göstərilməsi qaydalarına dair Nazirliyin mütəxəssisləri tərəfindən tövsiyələr veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027