SOSİUM

Azərbaycanın “Avroviziya-2019”-da çıxış vaxtı müəyyən oldu
03 APREL
76

Azərbaycanın “Avroviziya-2019”-da çıxış vaxtı müəyyən oldu

2019-04-03 09:21:00

İsrailin döyünən ürəyi Tel-Əviv şəhərində keçiriləcək sayca 64-cü “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsində Azərbaycan iştirakçısının çıxış vaxtı müəyyən olunub.

Fins.az xəbər verir ki, mayın 14-də start götürəcək mahnı yarışmasında Azərbaycan təmsilçisi ikinci yarımfinalda, yəni mayın 16-da, 18-ci nömrə altında çıxış edəcək.

Qeyd edək ki, ölkəmizi nüfuzlu müsabiqədə müğənni Çingiz Mustafayev “Truth” (Həqiqət) adlı bəstə ilə təmsil edəcək. 

“Avroviziya-2019” mahnı müsabiqəsinin şüarı “Dare to Dream”dir (“Arzulamağa cürət et”).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266