SOSİUM

Sabah hava necə olacaq? – PROQNOZ
19 MART
266

Sabah hava necə olacaq? – PROQNOZ

2019-03-19 14:38:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Fins.az-a verdiyi  məlumata görə:

Bakıda və Abşeron yarımadasında

Martın 20-də arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında  gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında

Martın 20-də bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Martın 20-də Abşeron yarımadasında yağışlı, mülayim küləkli hava şəraiti gözlənilsə də,  ümid edirik ki, bu əhalinin bayram əhval-ruhiyyəsində narahatlıq yaratmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266