SOSİUM

Bahalaşma 2 faizdən aşağı olub
15 MART
87

Bahalaşma 2 faizdən aşağı olub

2019-03-15 14:36:00

Bu ilin ilk iki ayı ərzində ərzaq qiymətlərinin bahalaşması 2 faizdən aşağı olub.

Mərkəzi Bankdan verilən məlumata görə, bu ilin yanvar-fevral aylarında (ötən ilin dekabrına nəzərən) inflyasiya 0.8% təşkil edib. O cümlədən, qiymətlərin ümumi səviyyəsi ərzaq məhsulları üzrə 2.1% və qeyri-ərzaq məhsulları üzrə 0.2% artıb, xidmətlər üzrə isə 0.6% aşağı düşüb. Ərzaq qiymətləri başlıca olaraq mövsümi amillərdən təsirlənib. Yanvar-fevral aylarında istehlak səbətinə daxil olan məhsulların 15%-nin qiyməti dəyişməyib, 16%-nin qiyməti aşağı düşüb. Bahalaşan məhsulların 85%-nin qiymət artımı 2%-dən aşağı olub. 

2019-cu ilin fevral ayında 12 aylıq inflyasiya 2.1% olub ki, bu da hədəf diapozonunun aşağı həddinə yaxındır. Orta illik inflyasiya isə yanvar-fevral aylarında 1.9% təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə (4.7%) müqayisədə 2.8 faiz bəndi azdır.

© Qafqazinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264