SOSİUM

BMT Baş katibi: "Qlobal Bakı Forumunun təşkilinə görə minnətdaram"
14 MART
83

BMT Baş katibi: "Qlobal Bakı Forumunun təşkilinə görə minnətdaram"

2019-03-14 12:19:00

"VII Qlobal Bakı Forumunun təşkilinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə minnətdaram".

Fins.az xəbər verir ki, bu fikir BMT Baş katibi Antoniu Quterrişin Forumun açılış mərasimində oxunan müraciətində səslənib.

"Dünya paradoksla üzləşir: problemlər getdikcə bir-birinə bağlı olur, lakin cavablar parça halındadır. Ekoloji təhdidlər və silahlı münaqişələrdən tutmuş artan bərabərsizlik və dözümsüzlüyə qədər, - ona görə də indi çoxtərəflilik həmişə olduğundan daha çox tələb olunur. Ancaq bunu dilə gətirmək kifayət deyil. Mobilləşmiş həllər nümayiş etdirməliyik", - A.Quterriş bildirib.

BMT Baş katibi iqlim dəyişikliyi problemini fərqləndirib: "Sentyabrda Nyu-Yorkda iqlim məsələləri üzrə sammit çağıracağam və bu məsələdə dəstəyinizə ümid edirəm".

"Çoxtərəfli qurumlar, regional təşkilatlar, vətəndaş cəmiyyətləri, özəl sektor və digər maraqlı tərəflərlə əməkdaşlıq əhəmiyyətlidir. Bu əməkdaşlıq ruhunda sizin məhsuldar görüşlər keçirilməsinə sadiqliyinizi alqışlayıram", - BMT Baş katibinin müraciətində deyilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264