SOSİUM

Zidanın “Real”da alacağı maaş bəlli oldu
13 MART
453

Zidanın “Real”da alacağı maaş bəlli oldu

2019-03-13 20:50:00

İspaniyanın “El Confidencial” nəşri fransız məşqçi Zinəddin Zidanın Madridin “Real” klubu ilə bağladığı müqavilənin təfsilatlarını açıqlayıb.

Madridə geri dönən çalışdırıcının ilə 12 milyon avro alacağı bildirilir. Məlumata görə, bu məbləğ əlavə bonusların hesabına arta bilər.

Kral klubundan istefasına qədər Zidan ilə 7,5 milyon avro məvacib alırdı.

Xatırladaq ki, Z.Zidanın “Real” a baş məşqçi təyin olunması barədə xəbər martın 11-də təsdiqini tapıb.  

Kral klubunu çalışdırdığı müddət ərzində “Real”a üç dəfə Çempionlar Liqası kuboku qazandırıb. Zidan klubun strukturunda 2014-cü ildən bəri çalışıb. Əvvəl “Real”ın gənclər komandasının baş məşqçisi olub. 2016-cı ildə isə əsas heyətin başına gətirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9052
  • ₽ RUB
    0.0264