SOSİUM

Özəl təhsildə tibbi müayinə ilə bağlı təkliflərə “YOX” deyildi
13 MART
60

Özəl təhsildə tibbi müayinə ilə bağlı təkliflərə “YOX” deyildi

2019-03-13 15:01:00

“Yeni hazırlanan “Ümumi təhsil haqqında” qanun layihəsi müzakirə edilən zaman təklif edilən özəl təhsil müəssisələrində də təhsil alanların tibbi müayinəsinin ödənişsiz həyata keçirilməsi məqsədəuyğun hesab edilməyib”.

Fins.az-ın Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri İsa Həbibbəyli deyib.

O qeyd edib ki, özəl təhsil müəssisələrində təhsil alanlar müəyyən qədər ödəniş edirlər:

“Tibbi müayinənin pullu olması gərginlik yaratmaz. Çünki bu, simvolik bir vəsaitdir. Bu baxımdan bu təklif qanun layihəsinə daxil edilmədi”.

Deputat xatırladıb ki, repetitorların qarşısını almaq üçün müəllimlərin maaşının artırılması məsələsi qaldırılmışdı:

“Əməkhaqqı Prezidentin sərəncamı ilə artırılır. Ardıcıl olaraq təhsil işçilərinin əməkhaqqı artırılır. Bu istiqamətdə sosial yönümlü siyasət həyata keçirilir. Qanunda olan təmayüllü qrupların yaradılması repetitorlarla mübarizədə bir variantdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264