SOSİUM

II Avropa Oyunlarına 100 gün qalır
13 MART
155

II Avropa Oyunlarına 100 gün qalır

2019-03-13 14:45:00

Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarına 100 gün qalır. Fins.az-ın ONA-ya istinadən məlumatına görə, təməli Bakıda qoyulan yarışın təşkilatçıları plan üzrə bütün öhdəlikləri yerinə yetirdiklərini açıqlayıblar. 

Ölkədə multiidman yarışı üçün bütün qurğular olduğundan yeni arena tikilməyib. Yalnız 2 obyektdə yenidənqurma işləri aparan belaruslular indi bütün diqqəti Atletlər kəndinə yönəldiblər. 50 ölkədən 4 min idmançı və 2 min nümayəndəni qəbul edəcək Minsk hazırda əsas diqqəti bu istiqamətə yönəldib. 

Meydan sahibləri 9-10 idman növündə mükafatçılar sırasına düşməyi planlaşdırırlar. Kamandan oxatma, güllə atıcılığı və stolüstü tennisdə Tokio-2020-yə vəsiqələr öz sahibini tapacaq. Bir neçə növdə yarışlar isə Olimpiadaya təsnifat xarakteri daşıyacaq. 

Yarış zamanı anşlaq olacağını gözləyən təşkilatçılar bilet satışının tempinə əsasən əlavə tədbirlər görmək barədə düşünür. Çünki bəzi idman qurğularında oturacaqların sayının artırılması zərurəti yaranıb. 

Qeyd edək ki, Azərbaycan millisinin təxminən 80 idmançı ilə qatılacağı gözlənilən II Avropa Oyunları iyunun 21-30-da olacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264