SOSİUM

Yaşamaq üçün ən əlverişli şəhərlər bəlli olub
13 MART
121

Yaşamaq üçün ən əlverişli şəhərlər bəlli olub

2019-03-13 14:39:00

Dünyanın yaşamaq üçün ən əlverişli şəhərlərinin reytinqində birinci pillədə bir daha Vyana qərarlaşıb.

Fins.az xəbər verir ki, bunu “Mercer” Beynəlxalq Konsaltinq Şirkətinin hər il tərtib etdiyi növbəti reytinq göstərir.

Cəmi 231 şəhərin adı çəkildiyi reytinqdə ikinci yeri Sürix, üçüncü yeri Vankuver tutub. Sonrakı yerlərdə ardıcıllıqla Münhen, Okland, Düseldorf, Frankfurt, Kopenhagen, Cenevrə, Bazel qərarlaşıb.

Bakı reytinqdə 195-ci yerdədir.

Ən əlverişsiz şəhərlər isə Bağdad, Mərkəzi Afrika Respublikasının paytaxtı Banqui və Yəmənin paytaxtı Sanadır.

Qeyd edək ki, reytinq tərtib edilərkən yaşayış, iqtisadi, siyasi, sosial şərait, nəqliyyat, iaşə, məişət ləvazimatı, əyləncə keyfiyyəti, təhsil və səhiyyə səviyyəsi, habelə iqlim əsas götürülüb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264