SOSİUM

Ötən ay Azərbaycanda soyadını dəyişdirmək istəyən 50 nəfərin müraciətinə imtina cavabı verilib
13 MART
137

Ötən ay Azərbaycanda soyadını dəyişdirmək istəyən 50 nəfərin müraciətinə imtina cavabı verilib

2019-03-13 12:55:00

“Fevral ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyasına soyadların dəyişdirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən 65 müraciət daxil olub”.

Fins.az xəbər verir ki, Bunu “Report”a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.

O bildirib ki, 50 müraciətə imtina cavabı verilib. 

S.Sadıqova deyib ki, müraciətlərdə heç bir soykökünə aid olmayan soyadların götürülməsi hallarına da rast gəlinib: “Müraciət edən şəxslərin bəziləri Alp, Arslan, Türksoy, Türk, Arena, Ulduz, Günəş soyadlarını daşımalarını istədiklərini bildiriblər. Həmin şəxslər bu soyadları daşımalarının səbəbini türk əsilli olmaları ilə əsaslandırıblar. Terminologiya Komissiyası tərəfindən həmin şəxslərlə maarifləndirmə işləri aparılıb və onların daşıdığı cari soyadlarının öz şəcərələrinə aid olduğu bildirilib. Bununla yanaşı Komissiya soyad üçün müraciət olunan adlara soyad sonluqlarının əlavə olunmasını da təklif edib”.

Onun sözlərinə görə, ötən ay Azərbaycanda -soy və -zadə sonluqları ilə soyad götürmək istəyənlərin sayı artıb.

S.Sadıqova qeyd edib ki, cəmiyyətdə daha çox istifadə etdiyi ləqəb və ya təxəllüsü ilə tanınan şəxslərin həmin ləqəb və ya təxəllüsü soyad kimi götürməsinə icazə verilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264