SOSİUM

Ən çirkli havası olan ölkələr açıqlandı
13 MART
197

Ən çirkli havası olan ölkələr açıqlandı

2019-03-13 10:19:00

“Qrinpis” təşkilatı və “AirVisual” kompüter təminatı şirkəti dünyanın ən çirklənmiş və ən təmiz havası olan ölkələrinin  reytinqini hazırlayıb.

Reytinqin müəllifləri ümumilikdə 73 dövlətdən götürülmüş hava nümunələrini araşdırıb və müqayisə edib.

Tədqiqatçılar  bu və ya digər şəhərin havasında olan toz zərrəciklərinin miqdarını qiymətləndirib və belə bir nəticəyə gəliblər ki, ən çirklənmiş havaya malik ölkələr Banqladeş, Pakistan və Hindistandır.

İslandiya, Finlandiya, Estoniya, İsveçrə və Avstraliya isə əksinə, ən təmiz havası olan ölkələr hesab olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265