SOSİUM

Azərbaycanda 900-dən artıq dini qurum qeydiyyatdan keçib
13 MART
148

Azərbaycanda 900-dən artıq dini qurum qeydiyyatdan keçib

2019-03-13 10:10:00

Martın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş  dini icmalara şəhadətnamələr təqdim edilib.

Komitədən verilən məlumata görə, bununla bağlı keçirilən tədbirdə komitə sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, müxtəlif dinlərin, millətlərin  nümayəndələrinin tarixboyu sülh və əmin-amanlıq şəraitində yaşadığı Azərbaycanda multikulturalizm əsrlərdən bəri alternativi olmayan həyat tərzinə çevrilib və bu model dünyaya nümunə kimi təqdim olunmaqdadır. Onun sözlərinə görə, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan sonra 900-dən artıq dini qurum qeydiyyatdan keçib.

S.Salahlı dini icmaları dini radikalizmə qarşı mübarizədə və dini maarifləndirmə prosesində fəal olmağa çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269