SOSİUM

Azərbaycan vətəndaşlığını təsdiq edən sənədlərin sayı artır
13 MART
115

Azərbaycan vətəndaşlığını təsdiq edən sənədlərin sayı artır

2019-03-13 09:59:00

Gələn il yanvarın 1-dən 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşının fərdi identifikasiya kartıAzərbaycan vətəndaşlığını təsdiq edən sənəd sayılacaq.

Fins.az-ın  məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi ilə bağlı fərman imzaladığı “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

Qüvvədə olan “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnaməyə əsasən, fərdi identifikasiya kartının alınması üçün vətəndaşın valideyni, vətəndaşı övladlığa götürən, vətəndaşın qəyyumu və ya himayəçisi uşağın doğulduğu gündən ən geci 1 ay müddətində ərizə ilə qeydiyyat şöbəsinə, yaxud rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhərdə rayon icra hakimiyyətinin nümayəndəliyinə və ya Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliyinə və ya konsulluğuna müraciət etməlidir. Fərmanla Əsasnaməyə edilən dəyişikliyə görə, doğum haqqında şəhadətnamə ilə birlikdə ilk dəfə verilən fərdi identifikasiya kartının alınması üçün vətəndaşın qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs də müraciət edə bilər.

Qüvvədə olan Əsasnaməyə qeyd edilib ki, şəxsin valideynlərinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək zərurəti yarandıqda, qeydiyyat şöbəsi onun ərizə-anketindəki məlumatları araşdırılmaq üçün dərhal Dövlət Miqrasiya Xidmətinə göndərir. Dövlət Miqrasiya Xidməti 20 gün müddətində məlumatları araşdıraraq, şəxsin doğum tarixində valideynlərinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti barədə qeydiyyat şöbəsinə yazılı cavab verir. Şəxsin valideynləri və ya onlardan biri Azərbaycan Respublikasının vətəndaşı sayıldıqda, bu Əsasnamə ilə müəyyən edilmiş qaydada fərdi identifikasiya kartı verilir. Dəyşikliyə görə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək zərurəti yarandıqda, qeydiyyat şöbəsi Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada Dövlət Miqrasiya Xidmətinə sorğu göndərəcək. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanındıqda, bu Əsasnamə ilə müəyyən edilmiş qaydada fərdi identifikasiya kartı veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264