SOSİUM

Hər il dünyada hava çirklənməsindən ölənlərin sayı MƏLUM OLDU
13 MART
68

Hər il dünyada hava çirklənməsindən ölənlərin sayı MƏLUM OLDU

2019-03-13 09:47:00

Havanın çirklənməsi səbəbindən hər il Avropada 800 minədək insan həyatını itirir.

Fins.az xəbər verir ki, tədqiqatçıların gəldikləri qənaətə görə, havanın kirlənməsi üzündən 2015-ci ildə dünyada 8,8 milyondan çox adam ölüb ki, bu da əvvəlki hesablamalara nisbətən 4-5 milyon nəfər çoxdur.

Halbuki Dünya Səhiyyə Təşkilatının məlumatına görə, 2015-ci ildə tütündən ölənlərin ümumi sayı 7 milyona qədərdir.

Avropada isə kirli hava üzündən hər il ölənlərin sayının 790 minə qədər olduğu bildirilir. Halbuki, Mainz şəhərindəki Maks Plank Kimya İnstitutunun professoru Yos Lelieveldin sözlərinə görə, təmiz və bərpa olunan enerjidən istifadə etməklə Avropada sözügedən səbəbdən ölüm sayını 55 faizədək azaltmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264