SOSİUM

Həccə gedənlərə elektron viza veriləcək
12 MART
135

Həccə gedənlərə elektron viza veriləcək

2019-03-12 15:48:00

Yaxın gələcəkdə Səudiyyə Ərəbistanının Həcc məsələləri üzrə Nazirliyi xarici zəvvarlara elektron vizaların verilişinə başlayacaq. Viza üçün ərizəni internetlə təqdim etmək mümkün olacaq.

Fins.az-ın Oxu.az-a istinadən məlumatına əsasən, prosedur cəmi bir neçə dəqiqə vaxt aparacaq.

“Hazırda xarici zəvvarlar Həcc ziyarətində iştirak etmək üçün öz vətənlərində fəaliyyət göstərən vasitəçi şirkətlərə üz tutur. Ancaq bundan sonra onlar kvotalar əsasında elektron vizalar ala biləcəklər”, - deyə viza verilişinin rəqəmsallaşdırılması üzrə əlaqələndirici Əbdül-Rəhman Şəms bildirib.

Qeyd edək ki, Müqəddəs Həcc ziyarəti 9-14 avqust tarixlərində olacaq. Əksər ölkələrdə zəvvarların sənədlərinin rəsmiləşdirilməsi ilə bağlı proseslər yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262