SOSİUM

FHN: Novruz bayramında tonqal qalayan zaman avtomobil şinlərindən istifadə etmək olmaz
12 MART
136

FHN: Novruz bayramında tonqal qalayan zaman avtomobil şinlərindən istifadə etmək olmaz

2019-03-12 14:07:00

“Novruz bayramı günlərində mümkün yanğın hadisələrinin qarşısını almaq üçün vətəndaşlar təhlükəsizlik qaydalarına riayət etməlidirlər”.

Fins.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin rəisi Elnur Babayevdeyib.

O bildirib ki, bayram ərəfəsində yanğın hadisələrinin sayında adi günlərə nisbətən artım müşahidə olunur: “Novruz bayramında tonqal yandıran zaman avtomobil şinlərindən istifadə etmək olmaz. Bu, ekologiyanı çirkəndirməklıə yanaşı, yanğın təhlükəsi də yaradır. Ona görə də tövsiyə edirik ki, Novruz şənliyi zamanı tonqal qalamaq üçün odun və taxta parçalarından istifadə olunsun. Bundan əlavə, tonqal qalanmazdan öncə qabaqlayıcı tədbirlər götülməlidir. Ən azından bir vedrə suyu hazır vəziyyətdə saxlamaq lazımdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262