SOSİUM

Son 2 ayda reabilitasiya xidmətləri göstərilən ŞƏXSLƏRİN SAYI
11 MART
135

Son 2 ayda reabilitasiya xidmətləri göstərilən ŞƏXSLƏRİN SAYI

2019-03-11 09:46:00

Bu ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin bərpa mərkəzlərində 1529 əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib.

Nazirlikdən Fins.az-a verilən məlumata görə, qeyd olunan dövrdə Xidmətin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 2098 nəfər əlilliyi olan şəxs (o cümlədən, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 272 nəfər) protez-ortopedik bərpa xidmətləri ilə təmin edilib. Həmin şəxslərə 125 əlil arabası, 184 aşağı və yuxarı ətraf, habelə döş protezi, 186 yuxarı və aşağı ətraf ortezi, 1400 müxtəlif reabilitasiya vasitəsi, 1379 cüt ortopedik və protez ayaqqabı, 242 dördayaqlı dayaq vasitəsi, 190 cüt qoltuqaltı ağac, 343 cüt dirsəkaltı ağac və s. verilib.

Ümumilikdə isə əlilliyi olan şəxslərin 5841 reabilitasiya vasitəsi ilə təminatı həyata keçirilib. 146 nəfərə Mərkəzin stasionar bölməsində reabilitasiya xidmətləri göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265