SOSİUM

Ötən il “ASAN xidmət”də 1,32 milyondan artıq notariat hərəkəti rəsmiləşdirilib
06 MART
101

Ötən il “ASAN xidmət”də 1,32 milyondan artıq notariat hərəkəti rəsmiləşdirilib

2019-03-06 18:15:00

Ötən il ərzində “ASAN xidmət” mərkəzlərindəki rəsmiləşdirilən notariat hərəkət və qeydiyyat şöbələri tərəfindən aparılan əməliyyatlar hesabına 12,6 milyon manatdan artıq dövlət rüsumu və haqq alınıb.

Fins.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, il ərzində “ASAN xidmət” mərkəzlərindəki notariat ofislərində 1,32 milyondan artıq notariat hərəkəti rəsmiləşdirilib. Qeydiyyat şöbələri tərəfindən 118 153 əməliyyat aparılıb. Buna görə də 12,6 milyon manatdan artıq dövlət rüsumu və haqq alınıb.

Eyni zamanda “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən ədliyyə orqanları tərəfindən rəsmiləşdirilmiş əməliyyatlar 2018-ci ildə bu mərkəzlərdə verilmiş hazır sənədlərin 48 faizini təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264