SOSİUM

Bakıda işçilərin sayı və əməkhaqlarının məbləği açıqlanıb
06 MART
283

Bakıda işçilərin sayı və əməkhaqlarının məbləği açıqlanıb

2019-03-06 12:43:00

 Bakı şəhərində işçilərin sayı və əməkhaqlarının məbləği açıqlanıb.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, 2018-ci ilin yanvar-dekabr aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 19 982 nəfər artıb. Bununla da işçilərin sayı 718 882 nəfərə çatıb.

Eyni zamanda əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 0,3 faiz artaraq 788,1 manat olub.

  2018-ci ilin yanvar-dekabr aylarında muzdlu işçilərin sayı (nəfər) 2018-ci ilin yanvar-dekabr aylarında orta aylıq nominal əməkhaqqı (manat)
Bakı şəhəri - cəmi 718 882 788,1
o cümlədən rayonlar:
Binəqədi 47 092 453,9
Xətai 62 460 779,8
Xəzər 30 211 725,4
Qaradağ 25 000 1 041,7
Nərimanov 70 470 525,2
Nəsimi 164 244 656,6
Nizami 45 282 651,5
Pirallahı 8 118 1 476,8
Sabunçu 27 646 507,6
Səbail 113 971 1 423,0
Suraxanı 18 821 577,4
Yasamal 105 567 698,8
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9052
  • ₽ RUB
    0.0264