SOSİUM

"Hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması üçün təkliflər vermişik"
05 MART
112

"Hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması üçün təkliflər vermişik"

2019-03-05 11:28:00

 "Biz hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması üçün təkliflər vermişik. Təklifimizdə kirayədə yaşayan hərbi qulluqçuların məişət şəraitinin yaxşılaşdırılması öz əksini tapıb".

Fins.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib.

O bildirib ki, 2018-ci il Azərbaycan üçün uğurlu il olub: "Hər ilin öz xüsusiyyətləri olur. 2018-ci il Azərbaycan tarixində əhəmiyyətli hadisələrlə yadda qalıb. Prezident seçkilərinin keçirilməsi, "Cümhuriyyət ili"nin qeyd olunması və digər məsələlər ötən ili inqilabi il kimi tarixə həkk etdi. Eyni zamanda, sosial problemlərin aradan qaldırılması istiqamətində verilən qərarlar uğurlu addımlar oldu".

E.Süleymanova qeyd edib ki, məhkumların hüquqlarının müdafiəsi Ombudsman kimi onu düşündürən əsas məsələlərdən biridir: "Biz hər zaman əhalinin bütün təbəqələrinin hüquqlarını ayrı-seçkilik etmədən müdafiə edirik. Məhkumların hüquqlarının müdafiəsi bizi düşündürən məsələlərdəndir. Bilirsiniz ki, ötən il 600-dən çox məhkum cəzalarından azad olundular. Eyni zamanda, alternativ cəza növləri tətbiq olunur. Ötən il Azərbaycanda 900 nəfər məhkumun ailəsindən və cəmiyyətdən təcrid olmadan yaşam tərzi yaxşılaşdırıldı."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264