SOSİUM

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gəlib
05 MART
95

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gəlib

2019-03-05 09:26:00

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Azərbaycana gəlib.

Fins.az Report-a istinadən xəbər verir ki, o, səfər zamanı ölkənin rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək.

ATƏT sədri daha əvvəl "Report"a müsahibəsində Bakıda Azərbaycan və ATƏT əməkdaşlığının inkişafı, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini müzakirə etmək niyyətində olduğunu bildirib.

Miroslav Layçak Azərbaycana və Ermənistana səfər etmək niyyətində olduğunu deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264