SOSİUM

Bu gün Kiçik çillə çıxır
20 FEVRAL
209

Bu gün Kiçik çillə çıxır

2019-02-20 16:54:00
Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, bu gün "qışın oğlan çağı” – kiçik çillə çıxır.
Fins.az  xəbər verir ki, xalq təqviminə görə, "qışın oğlan çağı” – kiçik çillə fevralın 20-də çıxıb, öz yerini "boz ay”a verir.
Kiçik çillə yanvarın 31-dən fevralın 1-nə keçən gecədən başlayır.
Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: böyük çillə 40 gün, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün "boz ay” adlanır. 
Yəni, dekabrın 21-dən yanvarın 31-dək böyük çillə, yanvarın 31-dən fevralın  20-dək kiçik çillə, fevralın 20-dən martın 20-dək boz ay davam edir. 
Martın 21-nə keçən gecə daha bir təbiət hadisəsi - yaz gecə-gündüz bərabərliyi baş verəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262