SOSİUM

Bakıda daha bir “ASAN Kommunal” mərkəzi açılacaq
13 FEVRAL
232

Bakıda daha bir “ASAN Kommunal” mərkəzi açılacaq

2019-02-13 12:23:00
"Bu il paytaxtda 3 saylı "ASAN Kommunal" xidmət istifadəyə veriləcək". 
Bu barədə  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.
Onun sözlərinə görə, hazırda "ASAN Kommunal" xidmət mərkəzlərinə müraciətlərin sayı çoxdur: "Bu baxımdan paytaxtda daha bir "ASAN Kommunal" xidmət mərkəzi istifadəyə veriləcək. Xidmətlərimizin vətəndaşlarımıza daha əlçatan olmasını təmin edəcəyik". 

Qeyd edək ki, hazırda Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir. 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266