SOSİUM

Daha hansı vulkanlar aktivləşə bilər?
13 FEVRAL
71

Daha hansı vulkanlar aktivləşə bilər?

2019-02-13 10:59:00
Şamaxıda Quşçu kəndi yaxınlığında "Quşçu” vulkanının püskürməsi gözlənilən idi.
Fins.az-ın xəbər verir ki, bunu Trend-ə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.
Onun sözlərinə görə, fevralın 5-də Şamaxı-Ağsu bölgəsində baş verən zəlzələdən sonra Şamaxıda 3, Qobustanda 1 palçıq vulkanının aktivləşəcəyi gözlənilirdi.
Güclü zəlzələlərin vulkanların aktivləşməsinə təsir göstərdiyini söyləyən alim baş vermiş zəlzələ ilə əlaqədar Şamaxıda "Quşçu” ilə yanaşı, "Dəmirçi”, "Qızmeydan”, Qobustanda "Şıxzərli” vulkanlarında aktivləşmənin olacağını ehtimal edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9187
  • ₽ RUB
    0.0255