SOSİUM

Məhbus ailələrinə şad XƏBƏR - Əfv Komissiyası iclasa toplanır
11 FEVRAL
336

Məhbus ailələrinə şad XƏBƏR - Əfv Komissiyası iclasa toplanır

2019-02-11 15:52:00

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının 2019-cu il üçün ilk iclası keçiriləcək.

Bu barədə Komissiyanın üzvü Əliməmməd Nuriyev bildirib. Ə.Nuriyevin sözlərinə görə, iclasda daxil olan müraciətlərə baxılacaq, müzakirələr aparılacaq

Ə.Nuriyev deyib ki, Əfv Komissiyasının katibliyi və əfv sektoru daim işləyir, mütəmadi olaraq müraciətləri qəbul edir:

“Bu il böyük ehtimalla Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Amma təbii ki, bu, ölkə Prezidenti İlham Əliyevin səlahiyyətində olan məsələdir”.

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262