SOSİUM

Ən varlı 400 nəfərin sərvəti 150 milyon nəfərin sərvətindən çoxdur
11 FEVRAL
92

Ən varlı 400 nəfərin sərvəti 150 milyon nəfərin sərvətindən çoxdur

2019-02-11 12:11:00

Sərvət bərabərsizliyi barədə aparılan bir araşdırmaya görə,1980-ci ildən bu yana ən varlı 400 amerikalının sərvəti 3 dəfə artıb.

Fins.az Marja-ya istinadən xəbər verir ki, Kaliforniya Universitetinin iqtisadçısı Qabriel Zucman tərəfindən hazırlanan "Dünyadakı Bərabərsizlik Bazası" hesabatında, ABŞ-ın yüksək zəngin sinifi ilə alt sinif arasındakı fərqin daha da artdığı qeyd edilib.

Hesabatda, ABŞ əhalisinin 0,00025%-ni təşkil edən ən zəngin 400 amerikalının sərvətinin ölkə əhalisinin 60%-ni təşkil edən ən alt təbəqədəki 150 milyon nəfərin sərvətindən daha çox olduğu vurğulanıb.

Hesabata görə, sözügedən 60%-lik ən aşağı təbəqənin ölkə sərvətində payı 1987-də 5,7% ikən 2014-də 2,1%-ə geriləyib.

Zucman hesabatında, zənginlərin sərvətlərinə avtomobil, mebel kimi şəxsi əşyaların sayının daxil edilməsinin çətin olduğunu qeyd edərək,"Bir çoxu sərvətlərini "offshore"larda gizlətdiyindən son on ildə ultra varlıların həqiqi sərvətlərini müəyyən etmək çətinləşib" deyib. 

Hesabatda, sərvətin kiçik bir qrupun əlində yığılmasının alt və orta sinif ailələrdəki təhlükəsizlik duyğusunu aşındırdığı barədə xəbərdarlıq edilib.

Hesabatda qeyd edilib ki, zənginlər hər ötən gün siyasətə daha çox təsir göstərirlər. Milyarderlərin siyasəti öz xeyirlərinə dəyişdirməyi bacarırlar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259