SOSİUM

Yerə asteroid yaxınlaşır: toqquşma riski var
08 FEVRAL
217

Yerə asteroid yaxınlaşır: toqquşma riski var

2019-02-08 16:08:00

2018XB4 asteroidinin planetimizlə toqquşma riski artıb.

Fins.az oxu.az-a istinadən xəbər verir ki, Avropa Kosmik Agentliyi nəzdində fəaliyyət göstərən Yerətrafı obyektlərin müşahidəsi üzrə koordinasiya mərkəzinin mütəxəssisləri belə bir nəticəyə gəlib.

Onların proqnozuna görə, təxminən 70 metr diametrli asteroid 2092-ci ildə Yer planetinə düşə bilər. Alimlər bu riskin 1/7000 əmsalında (yeddi minə bir şans) olduğunu bildirir.

Yer planetinə təhlükə səviyyəsi baxımından 2018XB4 asteroidi beşinci kosmik obyekt sayılır.

Bundan əvvəl Peterburq Dövlət Universitetinin alimləri "Apofis" asteroidinin 2068-ci ildə Yerlə toqquşa biləcəyi ehtimalını irəli sürmüşdü. Bundan əvvəl isə həmin obyektin 2029-cu ilin aprel ayında Yerə təhlükəli məsafəyə qədər yaxınlaşacağı (38 min kilometr) proqnozlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8931
  • ₽ RUB
    0.0263