SOSİUM

Bakıda zəlzələnin hiss olunduğu ərazilər açıqlanıb
06 FEVRAL
460

Bakıda zəlzələnin hiss olunduğu ərazilər açıqlanıb

2019-02-06 19:24:00

Bakıda elə yaşayış binaları var ki, bir hissəsində zəlzələ 8, digər hissəsində isə 9 bal gücündə hiss oluna bilər.

Fins.az-ın Oxu.az-a istinadən məlumatına görə, bunu AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli mətbuat konfransında deyib.

“Bakıda tikinti aparılan hər bir ərazinin seysmikliyi dəqiqləşdirilməlidir. Bəzən eyni yerdə seysmik aktivlik fərqli olur”, - deyə o bildirib.

Qurban Yetirmişdi qeyd edib ki, ötən gecə baş verən zəlzələ Bakıda da hiss olunub:

“Yeraltı təkanlar Xətai, Nəsimi, Yasamal rayonlarında yüksək mərtəbəli binalarda hiss olunub”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257