SOSİUM

Qəbələdəki yarış niyə Bakıya köçürülüb? – AÇIQLAMA
06 FEVRAL
90

Qəbələdəki yarış niyə Bakıya köçürülüb? – AÇIQLAMA

2019-02-06 16:25:00

Xəbər verdiyimiz kimi, XIII polo üzrə Avropa çempionatı 2020-ci ilin sentyabrında Bakıda keçiriləcək.

Fins.az xəbər verir ki, bu məqsədlə bu ilin sentyabrında Bakıda test xarakterli yarış keçiriləcək.

Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev saytımıza açıqlamasında Qəbələdən Bakıya köçürülməsinə belə izah verib:

“Əvvəl bu yarışı Qəbələdə keçirmək planımız vardı. Lakin müəyyən səbəblərdən biz həmin turniri Bakıda keçirmək qərarına gəldik. Ordakı infrastrukturun tələblərə cavab vermədiyini də demək olar. Həmçinin, kommersiya baxımından yarışın Bakıda keçirilməsi daha əlverişli idi. Sponsorlar üçün yarışın Qəbələdə keçirilməsi maraqlı deyildi.

Bu ilin sentyabrında qurulan meydançada test yarışı keçiriləcək. Bu yarışın adı necə olacaq, hansı formatda keçiriləcək, hələ heç nə bilinmir. Yarış 2020-ci ildə Bakıda keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyacaq və böyük ehtimalla, 2-3 günü əhatə edəcək”.

Qeyd edək ki, ötən ilin iyunun 15-17-dək Bakıda arena polo üzrə VI Dünya Kuboku keçirilib. Oktyabrda isə komandamız İtaliyanın Syena şəhərində keçirilmiş Avropa çempionatında debüt edib. Hər iki yarışda millimiz gümüş medal qazanıb.  

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9187
  • ₽ RUB
    0.0255