SOSİUM

İlham Əliyevdən hadisənin fəsadlarının araşdırılması ilə bağlı GÖSTƏRİŞ
06 FEVRAL
130

İlham Əliyevdən hadisənin fəsadlarının araşdırılması ilə bağlı GÖSTƏRİŞ

2019-02-06 12:14:00
"Zəlzələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin "112” Çağrı Mərkəzinə 4 rayon üzrə 73 müraciət daxil olub".
Fins.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
O bildirib ki, zəlzələ zamanı heç bir ölüm hadisəsi olmayıb.
Nazirin sözlərinə görə, Prezident İlham Əliyev zəlzələnin fəsadlarının araşdırılması və aradan qaldırılması ilə bağlı tapşırıq verib: "Ölkə başçısının tapşırığına əsasən, rayon Fövqəladə Hallar Komissiyası ilə birlikdə Ağsu, İsmayıllı və Şamaxı rayonlarında işlər aparılacaq. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun könüllüləri bu işdə yaxından iştirak edəcəklər. Şamaxı sakinləri bu hadisəni böyük təşvişlə qarşılamayıblar, çünki buna ehtiyac da yox idi. Əhali qorxmadan yanaşıb. Rayon icra hakimiyyətinin əməkdaşları da sakinlərə vaxtında kömək edib və lazımi yerlərdə yerləşdirməyə şərait yaradıblar.
Qəzalı vəziyyətdə olan evlərin sakinləri başqa evlərdə müvəqqəti yerləşdiriləcək. Evlərin təmir bərpa işlərinin aparılması üçün dövlət tərəfindən yardım olunacaq".

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259