SOSİUM

Şamaxıda baş verən zəlzələ zamanı orta məktəb qəzalı vəziyyətə düşüb – FOTOLAR
06 FEVRAL
198

Şamaxıda baş verən zəlzələ zamanı orta məktəb qəzalı vəziyyətə düşüb – FOTOLAR

2019-02-06 09:45:00

Şamaxı rayonunda baş verən zəlzələ zamanı şəhər 2 saylı tam orta məktəb qəzalı vəziyyətə düşüb.

Fins.az-ın Report-a istinadən verdiyi məlumata görə, iki korpusdan ibarət olan məktəbin 2-ci korpusunun tavan hissəsi çöküb, binanın 3-cü və 2-ci mərtəbəsində çatlar əmələ gəlib və qəzalı vəziyyətə düşüb. 

Məktəbin qəzalı vəziyyətə düşən korpusuna şagird və müəllimlərin girişi qadağan edilib. Məktəbin 1-ci korpusu birmərtəbəli olduğundan binaya ziyan dəyməyib. Məktəbdə dərslər müvəqqəti olaraq dayandırılıb. Əraziyə FHN əməkdaşları və yerli icra hakimiyyətinin rəsmiləri baxış keçirib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266