SOSİUM

II Avropa Oyunları zamanı siqaret çəkilməyən yerlər olacaq
05 FEVRAL
229

II Avropa Oyunları zamanı siqaret çəkilməyən yerlər olacaq

2019-02-05 16:58:00

Belarusda keçiriləcək "Minsk-2019" II Avropa Oyunlarında siqaret çəkilməyən yerlər olacaq. 

Fins.az xəbər verir ki, bu barədə "BelTA"ya ölkənin Milli Gigiyena, Epidemiologiya və Xalq Sağlamlıq Mərkəzindəki Xalq sağlamlığı şöbəsinin rəhbəri Olqa Bartman bildirib.

Qaydalar Oyunların keçiriləcəyi yerlərin içi və kənarına, eləcə də Belarus paytaxtındakı digər məkanlara şamil olunacaq. 

Bartman yarışların baş tutacağı idman qurğularında, müsabiqənin qonaqlarını və iştirakçıların yerləşdirildiyi otellərin yaxınlığında siqaret çəkməyi məhdudlaşdırmaq istədiklərini bildirib.

Qeyd edək ki, Belarus paytaxtında 21 - 30 iyunda keçiriləcək II Avropa Oyunlarına 15 növ üzrə 5000-dən çox idmançı qatılacaq. 9 növ üzrə yarışlar 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. 4 növ üzrə mübarizə isə həm də rəsmi Avropa çempionatı sayılacaq. Kişilər 91, qadınlar 89 yarışda iştirak edəcəklər. Daha 21 yarış isə qarışıq olacaq.   

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271