SOSİUM

Sabaha olan – HAVA PROQNOZU
14 YANVAR
110

Sabaha olan – HAVA PROQNOZU

2019-01-14 14:34:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin  məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Yanvarın 15-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi  əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz  10-13,  Bakıda  gecə  3-5, gündüz  11-13 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 65-75, gündüz 50-55 faiz olacaq. 

Azərbaycanın rayonlarında

Yanvarın 15-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256