SOSİUM

Komitə sədri: "Din xadimlərinə verilən vəsaitin artırılması nəzərdə tutulmayıb"
11 YANVAR
165

Komitə sədri: "Din xadimlərinə verilən vəsaitin artırılması nəzərdə tutulmayıb"

2019-01-11 11:57:00

 "Dövlətdən maddi dəstək alan din xadimlərinə verilən vəsaitin artırılması hələ ki, nəzərdə tutulmur".

Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O hesab edir ki, maddi dəstəyin verilməsi davamlı olacaq: "Biz məscidlərdə çalışan din xadimlərini maddi baxımdan təmin etməliyik. Bu dünyanın hər yerində belədir və Azərbaycanda da bunu belə etməliyik. Ona görə ki, din xadimlərinin maddi dəstəyə ehtiyacı var. Onların maddi dəstəyi olmadıqda bu, müəyyən problemlər yarada bilər".

M.Qurbanlı xatırladıb ki, maddi dəstək məscidlərdə çalışan 3 kateqoriyaya aid olan din xadimlərinə verilir: "Bu vəsait əmək haqqı yox, maddi dəstəkdir. Dəstək hər məsciddə bir nəfərə, böyük məscidlərdə isə iki din xadiminə verilir. Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi din xadimlərinin sayı çox ola bilər, lakin maddi dəstək hər təyin olunan din xadiminə verilmir. Bu yalnız məsciddə çalışan və təyin olunan din xadimlərinə verilir".

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264