SOSİUM

Bakıya niyə qar yağmır? – AÇIQLAMA
09 YANVAR
739

Bakıya niyə qar yağmır? – AÇIQLAMA

2019-01-09 19:34:00

Bakıda qış fəslinin ən soyuq ayı sayılan yanvarda əhali qar gözləsə də, ondan əsər- əlamət yoxdur.

Fins.az xezerxeber.az-a istinadən bildirir ki, AMEA-nın Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Məhərrəm Həsənov bunu qlobal iqlim dəyişikliyi ilə əlaqələndirir.

O bildirir ki, hazırda qar yağsa da yerdə qalma ehtimalı sıfıra bərabərdir. Çünki hava və torpaq səthinin temperaturu yüksəkdir.

Məhərrəm Həsənovun sözlərinə görə, bu qış birmənalı olaraq, 2012-ci ilin qışı kimi sərt olmayacaq, nisbətən mülayim keçəcək. Bununla belə, indidən paytaxta qar yağmayacağı ilə bağlı hər hansı proqnoz vermək olmaz. Çünki Bakı və Abşeron yarımadasında qarın yağması üçün meteoroloji şərait adətən yanvarın ikinci yarısı və fevralın birinci yarısında olur.

Bu arada, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinən verilən məlumata görə, sabah ölkə ərazisində güclü külək olacaq, yağış yağacaq. Dağlıq rayonlarda isə hava qarlı olacaq. Hava şəraiti ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi sərnişinlərə dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını, sürücülərə isə yollarda müəyyənləşdirilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etmələrini tövsiyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264