SOSİUM

Zimbabve Prezidenti Azərbaycana səfər edəcək
09 YANVAR
90

Zimbabve Prezidenti Azərbaycana səfər edəcək

2019-01-09 10:01:00

Zimbabve Prezidenti Emmerson Mnanqaqwa Azərbaycana səfər etməyi planlaşdırır.

Fins.az xəbər verir ki, bu barədə adıçəkilən ölkənin Prezidentinin mətbuat katibi Corc Çarambaməlumat verib.

Qeyd olunur ki, E.Mnanqaqva həmçinin Rusiya, Belarus və Qazaxıstana səfər edəcək, eləcə də Davosda keçiriləcək iqtisadi foruma qatılacaq.

"Azərbaycan və Qazaxıstan zəngin karbohidrogen ehtiyatına malik, sürətli inkişaf edən ölkələrdir. Bundan başqa, energetika və turizm baxımından maraqlı ölkələrdir", - C.Çaramba bildirib.

Prezidentin mətbuat katibi həmçinin bildirib ki, Zimbabve Azərbaycanla tütün sənayesi və tikinti sahəsində əməkdaşlığa ümid edir.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256