SOSİUM

“Azəriqaz” “ASAN Xidmət” vasitəsilə 251 mindən çox istehlakçıya xidmət edib
09 YANVAR
168

“Azəriqaz” “ASAN Xidmət” vasitəsilə 251 mindən çox istehlakçıya xidmət edib

2019-01-09 09:43:00

 SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2018-ci il ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “Səyyar ASAN” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, İmişli, Masallı, Qəbələ, Quba, Mingəçevir, Şəki həmçinin Gəncə şəhərində yerləşən “ASAN Xidmət” mərkəzlərinə ümumilikdə 251 542 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin edilib.

Bu barədə Fins.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, istehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə İstehsalat Birliyi bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264