SOSİUM

Bakının 4 rayonunun polis rəisləri işdən çıxarılıb
08 YANVAR
1148

Bakının 4 rayonunun polis rəisləri işdən çıxarılıb

2019-01-08 19:03:00

 Bakının 4 rayonunun polis rəisləri işdən çıxarılıb.

Fins.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmrlər imzalayıb. 

Əmrə əsasən, Binəqədi rayon Polis idarəsinin rəisi, polkovnik Namiq İsmayılov, Xətai rayon Polis idarəsinin rəisi, polkovnik Muradalı Babayev, Xəzər rayon Polis idarəsinin rəisi, polkovnik Azər Muradov və Səbail rayon Polis idarəsinin rəisi, polkovnik Şəmşir Kazımov işdən azad ediliblər.

Daxili İşlər Nazirliyinini mətbuat xidmətindən "Report"a belə bir əmrin imzalanmadığı bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9143
  • ₽ RUB
    0.0267